news Image
2019.10.17
21:18
| A A A
"Ona kişi demək olarsa" - Manaf canlı yayımda həmkarını TƏHQİR ETDİ
Niyə şou aləmində olan dostlarınızı bilmirsiniz ki, bu, sizin dostunuzdur, bu sizin düşməninizdir?

Milli.Az xəbər verir ki, bu sualla "5/5"in aparıcısı Zaur Kamal qonağı Manaf Ağayevə müraciət edib.

Manaf aparıcının sualına cavab verərkən "dost" saydığı həmkarının təzəlikcə ona etdiyi xəyanətdən danışıb:

"Çiy süd əmiblər də, Zaur. Mən nə bilim. Məndə bir xüsusiyyət var ki, hamını tez qəbul edirəm, tez ürəyimə salıram, tez inanıram. 5 gün-3 gün dost olduğumu deyirəm "Birdən qalxaq bizə", evə gətirirəm. Sonra da deyirəm, "Ayə, mənim başıma daş...". Hamıya çox inanıram. Bu yaxınlarda elə bir şey eşitmişəm ki, elə bir sənət yoldaşım mənə qarşı elə bir addım atıb ki... Deyirəm, ilahi, dünyanın axırıdır". Bir gün onu gürzə ilan kimi çalacam, cavabsız qalmayacaq. Doğurdan, dünyanın axırı gəlir. Üzümə də gülür, deyir "Sən mənim qardaşımsan". Amma o bilmir ki, mən hər şeyi bilirəm. Sən dalda nə işləyirsən, hər şeyi çatdırırlar. O, başın başlara qoşur, istəyir kimin üçünsə yaxşılıq etsin, mənə pislik etsin. O da onun başı üçün deyil. O şəxs kişi xeylağıdır. Ona kişi demək olarsa. Kişi elə şey etməz. Kişi çörək kəsdiyi insana onu etməz. Bir yerdə oturub-durduğumuz insandı".