news Image
2012.05.07
17:30
| A A A
Həyat yoldaşı Xuraman Şuşalıya klip çəkib – YENİLƏNİB
Klip Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunub

Bir neçə dəqiqə əvvəl Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin təşkililatçılığı ilə müğənni Xuraman Şuşalının ifa etdiyi "Azərbaycan" mahnınısına çəkilən yeni klipin təqdimat mərasimi keçirildi. Movqe.Az xəbər portalının məlumatına görə, sözləri müğəninin özünə, musiqisi Hatəm Nəbioğluna məxsus olan "Azərbaycan" mahnısına klipi Xuramanın həyat yoldaşı, rejissor Elçin Məmmədov çəkib.

Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunan klipdə müğənni Azərbaycanın səfalı və gözəl təbiətinin qoynunda milli geyimdə görünüb. Bundan başqa, klipdə Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin iş fəaliyyətindən bəhs edən arxiv video görüntülərdən istifadə olunub.

Bakı Caz Mərkəzində keçirilən tədbirdə çıxış edən səbəbkar qeyd etdi ki, 12 ildir ki, YAP-nın fəal üzvlərindən biri olaraq, hər zaman yaradıcılıq fəaliyyətində vətənpərvərlik mövzusuna xüsusi yer ayırır.

Onu da qeyd edək ki, Xuraman klipin Azərbaycan gəncliyinin vətənpərvər, vətənə, millətə sədaqət ruhunda yaşamağa və fəaliyyət göstərməyə çağırışları ilə bu günümüz üçün aktual olduğunu dedi.

Qeyd edək ki, tədbirdə YAP-ın Gənclər Birliyinin sədri Seymur Orucov, partiya üzvləri, ziyalılar, mədəniyyət və incəsənət nümayəndələri və KİV-i iştirak edirdilər.

Fuad Mədətov

Movqe.Az

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs