Əlaqə Arxiv
news Image
2012.05.07
19:04
| A A A
Yaponiya şirkəti Gökhan Özənə 60 min dollar pul ödəyib
Müğənninin “Eşq yorğunu” adlı mahnısının bəstəsi ilə Yaponiyaya dəvət alıb

Məşhur musiqiçi və prodüser Gökhan Özən, 2010-cu ildə çıxan albomuda olan "Eşq yorğunu" adlı mahnısına görə, Yaponiyaya dəvət alıb. Movqe.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Yaponiyanın musiqi şirkətlərindən olan "Takarazuka Theather Revue Company"nin "Luna Rossa" adlı muziklında və Yaponiyanın "SKY Perfect TV" adlı televiziya kanalında yayımlanmaq üzrə istifadə ediləcək mahnıya yapon rejissoru aşiq olub.

Beləcə, 2011-ci ildə cəmi 180 dəfə nümayiş olunan və təxminən 650 min tamaşaçıya canlı olaraq çatan müzikılın sonuncu hissəsində yer alan G.Özən imzalı "Eşq yorğunu" mahnısı olub.

Müvəffəqiyyətinin ardından 2012-ci ildə isə məşhur musiqiçilər təkrar təmasa keçiblər. Bundan sonra Yaponiya şirkətinin yayım icazəsi və müəllif hüquqları daxil olmaq üzrə iki ildə G.Özənə cəmi 60 min dollar ödəmək məcburiyyətində qalıblar.

Fuad Mədətov

Movqe.Az

Sizin Reklam Yeriniz