Əlaqə Arxiv
news Image
2019.10.29
13:31
| A A A
Fədayə Laçın: "Heç kimə ayrılıq qismət olmasın" - VİDEO

"Azadlıq elə bir hissdir ki, bunu sözlə ifadə edə bilmirəm".

"Report" xəbər verir ki, bunu Bakı İstintaq Təcridxanasından azadlığa buraxılan müğənni Fədayə Laçın deyib.

O bildirib ki, azadlığa çıxdığı üçün çox həyəcanlıdır: "Şükürlər olsun Allahın bu gününə, çox gözəl hisslərdir".

F.Laçın qeyd edib ki, bundan sonra da sənətini davam etdirəcək: "İki ildir oxumuram, içəridə ürəyim partlayırdı". O, daha sonra jurnalistlər üçün "Şirin anlar" mahnısını ifa edib.

F.Laçın bütün dustaqlara azadlıq arzu edib: "Heç kimə ayrılıq qismət olmasın, Allah cəmi dustaqların qapısını açsın".

Müğənni onu sevənlərdən də üzr istəyib: "Bilmədən sevənlərimi çox üzdüm. Amma söz verirəm ki, bir daha nə ailəmi, nə də məni sevənləri  üzməyəcəyəm. Onların hamısından üzr istəyirəm".

Qeyd edək ki, 2017-ci ilin oktyabrın 30-da həbs edilən Fədayə Laçının cəzası Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə 2 ilə endirilib və o, bu gün azadlığa buraxılıb.

 

Sizin Reklam Yeriniz