news Image
2019.11.03
20:24
| A A A
"Məndə olan mədəniyyət Avropada yoxdur"

Əməkdar artist Elnarə Abdullayeva yenə açıqlaması ilə gündəmə gəlib.

Axşam.az xəbər verir ki, xanəndə "Söhbət var" verilişində özünü mədəni aparanlara sataşıb:

"Kim nə olur olsun, qeyrəti olsun. Yalandan çəngəl-bıçaqla yemək, özünü kübar göstərməklə deyil. Bəzi kənd qızları var, özlərini gəlib burada şəhərli kimi göstərirlər. Mən də kənddən gəlmişəm. Avropa mədəniyyəti mənim mədəniyyətimə çatmaz.

Avropaya gedəndə onlara paxıllıq edirəm. Bilirsiz niyə? Kəndən gəlmişəm, qoyun otarmışam. Amma əlimdəkini küçədə yerə atmamışam. Onlarda da elədir".