Əlaqə Arxiv
news Image
2019.11.07
14:20
| A A A
Aparıcı Teymur Əmrahı TƏNQİD etdi: "Başın boşdur" (VİDEO)

Aktyor-rejissor Sərxan Kərəmoğlu Əməkdar artist Teymur Əmraha olan ürək sözlərini efir vasitəsilə göndərib.

Unikal.org xəbər verir ki, Sərxan Kərəmoğlu "Show News” verilişində müğənninin ünvanına bu sözləri deyib:

"Teymur Əmrahın çox gözəl yaddaşı var. Birdə görürsən ki, mənə deyir ki, filankəs neçənci ildə doğulub? Cavabında deyirəm ki, cəhənnəm ol, əcəb edirəm bilmirəm. Sənin həyatda nə problemin var? Arvad, uşaq, ailə problemin yoxdur. Başın boşdur, məlumatları ora yükləyirsən. Mənimsə başım doludur. İçərisində yer yoxdu.

Mənə deyir ki, sən ali məktəbə daxil oldun, oxumadın. Teymur, sənin işin-gücün yox idi deyə gedib oxudun. Mən elə bir vaxtda ali məktəbə daxil oldum ki, ailə bir tərəfdə, atamı da itirdim, uşaq doğuldu. Mən o zaman oxumaqla, yoxsa problemlərimlə məşğul olmalı idim? Sənətkar olmaq üçün sənətkar doğulmaq lazımdır. Sınıqçının yanına gedəndə ondan ali diplom tələb edirik?”

 

Sizin Reklam Yeriniz