Əlaqə Arxiv
news Image
2019.11.11
12:23
| A A A
Fanatı Madonnanı məhkəməyə verdi

Dünyaca məşhur müğənni Madonna məhkəməyə verilib. 

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, sənətçinin Nate Hollander adlı pərəstişkarı ondan şikayətçi olub.

Belə ki, konsertin vaxtının xəbər verilmədən 2 saat ertələnməsi səbəbilə Hollander bileti geri qaytarmaq istəyib. Əlində 1024 dollarlıq 3 biletin olduğunu deyən gənc pulunu geri istəsə də, onu ala bilməyib. Nəticədə o, məhkəməyə müraciət edib. Bununla da hirsi soyumayan Hollander, vaxtın dəyişdirilməsindən narazı olan digər pərəstişkarla əlaqə saxlayaraq, onları şikayətçi olmağa çağırıb.

Hadisə ilə bağlı nə Madonna, nə də təşkilatçılar hər hansı bir açıqlama verməyiblər.

Sizin Reklam Yeriniz