Əlaqə Arxiv
news Image
2019.11.12
20:36
| A A A
Bakıda "Cennet mahallesi"nin aktrisasını ağlatdılar - FOTO

Bakıya gəlməyə o qədər gecikmişəm ki... Daha öncə gəlməliydim. Mənə olan sevgini görüb, ağladım.

Mövqe.az axşam.az-a istinadən bildirir ki, bu sözləri "Cennet mahallesi" serialındakı Pembe obrazı ilə Azərbaycanda məşhurlaşan türkiyəli aktrisa Melek Baykal deyib.

Bir müddət öncə AzTV-də yayımlanan "Məlahətli söhbətlər" verilişində qonaq olan aktrisa Bakıda Fəxri Xiyaban və Şəhidlər Xiyabanını gəzib. O, ziyarət zamanı göz yaşlarını saxlaya bilməyib.

Sənətçi fikirlərini belə ifadə edib:

"Bakıda sənətə və mədəniyyətə çox önəm verirlər. Həmişə belə olsun. Bakıda o qədər özəl yerləri gəzdim ki, təsirlənməmək mümkün deyil. Göz yaşlarımı tuta bilmədim".

Sizin Reklam Yeriniz