Əlaqə Arxiv
news Image
2019.11.16
16:51
| A A A
"Bakıda olmaq, xəyaldan da ötə bir hissdir" - "Erkenci kuş"un "Sanem"i - FOTO

Bakını gəzdim, bura çox gözəldir. Düşbərə, dolma və paxlava yedim.

Mövqe.az axşam.az-a istinadən bildirir ki, bu sözləri "Erkenci kuş" serialının ulduzu, aktrisa Demet özdemir azərbaycanlı jurnalistlərlə mətbuat konfransında deyib. O, Nəsib Nurun aparıcılıq etdiyi görüşə ağ libasda qatılıb.

"Altın kelebek" mükafatlandırma gecəsinin siması olaraq paytaxtımıza gələn sənətçi ilk dəfə buraya 10 il əvvəl gəldiyini söyləyib:

"10 il öncə bura belə gözəl deyildi. Artıq yeni binalar tikilib. İçərişəhəri gəzdim. Dünən "Sarı gəlin" mahnısını oxudular. Çox bəyəndim. Ancaq müğənnilərin adı yadımda deyil. Azərbaycandan təklif gəlsə, hər hansı layihədə yer almaq mənə zövq verər. Artıq burada "necəsən", "mənim", "yaxşıyam" sözlərini də öyrənmişəm".

Aktrisa iş saatının çoxluğundan bəzi şeylərə zaman ayıra bilmədiyini dilə gətirib:

"Pozitiv insanam. Çalışıram ki, günə də belə başlayım. Enerjimi yüksək saxlamaq üçün musiqi dinləyir, kitab oxuyuram. Vaxtım az olsa da, bişluq tapan kimi film izləyirəm. Gündə 16-17 saat işləyirəm. Evə qayıdanda da həmin dəqiqə yata bilmirəm. Bədənim rahat olmur. Buna görə də kitab oxuyub, musiqi dinləyəndən sonra yuxuya gedirəm".

D.Özdemir azərbaycanlı xanımlardan da söz açıb:

"Azərbaycan qızları çox gözəldir. Özgüvənlərini görmək xoş oldu. Güclü qadın görmək mənim üçün önəmlidir. Bunu sizin qadınlarda hiss etmək isə məni xoşhal etdi".

"Bu qədər məşhur olacağımı xəyal etmirdim. Amma enerjimə inanırdım. Bu da mənə özümü güclü hiss etdirdi. Xəyal belə etmədiyim bir yerdəyəm. İndi isə Bakıda olmaq, xəyaldan da ötə bir hissdir. Bir gün bütün bunların qarşılığının olacağına əmin idim" deyə, sənətçi verilən suallar cavabında bildirib.

Aktrisa qadınların geyimlərinin sərhədlənməsi barədə də danışıb:

"Tənqidlərə hər zaman açıq olmuşam. Qadınlar geyinməkdə azaddır. Özünü necə xoşbəxt hiss edirsə, elə də geyinməlidir. Onlar gücünü həm də saçlarından alır. Mənim üçün saçlarımı dibindən kəsdirmək çətin məsələdir. Güzgüyə baxanda onlardan zövq alıram. Məncə, qadınlar gözəldir. Əlavə nəsə etməyə gərək yoxdur".

Sizin Reklam Yeriniz