news Image
2019.11.21
22:55
| A A A
Namiq Aygünü Rəqsanə ilə əvəzlədi... - VİDEO

Müğənni Rəqsanə İsmayılova meyxanaçı Namiq Qaraçuxurlu ilə duetini sosial şəbəkədə yayıb.

Mövqe.az qafqazinfo-ya istinadən xəbər verir ki, sözügedən görüntülər Moskvadakı toyların birində lentə alınıb.

Rəqsanə "hər zaman gözəl günlərdə görüşək, bəstələrinin dəsti xətti başqadır"- deyə bildirib. Qaraçuxurlu isə onun postuna "səninlə səhnə bölüşmək çox xoş oldu" şərhini yazıb.

Maraqlısı odur ki, həmin ifa Namiqin Xalq artisti Aygün Kazımova ilə səsləndirdiyi "Bağlanıram"dır. İnstaqram istifadəçiləri də bir zaman fenomenə çevrilən duetin Rəqsanə tərəfindən korlandığını deyiblər. Bildirilib ki, sözügedən mahnı təkcə Aygün və Namiqə yaraşır.

 

money.az currency