Əlaqə Arxiv
news Image
2019.11.29
19:58
| A A A
"Şoka düşürəm, kişi qadına belə söz yaza bilər?"

"Öz həyatım var. Xahiş edirəm mənə əl dəyməyin. Hamilə olduğum ərəfədə heç kim heç nə bilmədən, həyatımı dərk etmədən, xoşagəlməz şeylər yazırdı".

Bu sözləri rəqqasə Oksana Rəsulova "Show news" verilişinə açıqlamasında deyib. Sənətçi hamilə olduğu ərəfədə ünvanına yazılan təhqirlərdən bəhs edib:

"Təkcə şou-biznes nümayəndələri yox, sosial şəbəkədəki insanlar da mənə nələr yazdı. Uşaq doğulandan sonra açıqlama verdim, söhbət yatdı. Heç fikirləşmirdilər ki, hamilə qadındır, başına iş gələ bilər. Heç kim bilmir həyatında nələr baş verəcək. Lazım olmayan sözlə, böhtan yazırdılar. Şoka düşürdüm ki, qadın qadına belə söz yaza bilər? Və ya kişi qadına belə söz yaza bilər? Həyatlarındakıları bilmədən, ağızlarına gələni yazırlar".

 

Sizin Reklam Yeriniz