news Image
2012.05.08
17:47
| A A A
Songül Karlının evlənəcəyi şəxs məlum oldu - YENİLƏNİB
Onun adı aktrisa Binnaz Avcı ilə eşq şayiələrində səslənirdi

Xəbər verdiyimiz kimi, məşhur müğənni Songül Karlı özünün aparıcı olduğu "Su kimi" verilişində evlənəcəyini söyləsə də, amma evlənəcəyi şəxs haqqında məlumat verməyərək, yalnız onun adını və tanınmamış olduğunu söyləmişdi. Movqe.Az xəbər verir ki, S.Karlı artıq həmin şəxsin əsl kimliyini açıqlayıb. Belə ki, bu gün adıçəkilən verilişdə xınayaxdı mərasimi keçirilirdi ki, bu zaman S.Karlının tərəfmüqabili, aparıcı Uğur Arslan ona qızıl taxdı. Elə həmin vaxtda da U.Arslan, S.Karlının kiminlə evlənəcəyi mövzusunu açdı. Məlum oldu ki, S.Karlı iş adamı Mətin Yüncü ilə evlənəcək.

Məlumat üçün bildirək ki, bir vaxtlar iş adamı M.Yüncünün adı aktrisa Binnaz Avcı ilə eşq şayiələrində səslənirdi.

Fuad Mədətov

Movqe.Az