news Image
2019.12.09
21:51
| A A A
Fədayə ETİRAF ETDİ: “Tacirlə 1 saata 3 min qazanıram” VİDEO

ARB TV-nin "Hüseynova bacıları" verilişinin növbəti qonağı Fədayə Laçın olub.

Milli.Az xəbər verir ki, müğənni Tacir Şahmalıoğlu ilə aralarındakı münasibətdən danışıb:

"Bu yaxınlarda birlikdə toydaydıq. Nə söhbət olubsa mən olmayanda olub. Eşitdiyimə görə, dalımca yaxşı danışmayıb. O da deyir ki, mən pis heç nə deməmişəm, jurnalistlər fikrimi dəyişib yazıblar. Bu özünün mənə üz-üzə dediyi sözdür. İndi mən onunla niyə toya getməməliyəm ki? Mənim nə onunla, nə də ümumiyyətlə bu sənətdə heç kimlə davam olmayıb. Nə hamı ilə yaxınam, nə də uzağam. Problemsiz yaşayışım var. Məndə elə xasiyyət yoxdur deyəm ki, filankəs o toydadırsa, ora gəlmirəm. Söz-söhbətə yazılanlara fikir verən insan deyiləm. Yazanlar da bilsinlər ki, məni qətiyyən qıcıqlandıra bilməzlər. Çünki, mən cılız insan deyiləm və cılız yazılara fikir verim, bir yazıya görə kiminləsə problem yaşayım. Problem həll edən insanam, yaradan deyiləm. Tacir oxuduğu toyda gedib oxuyub, 1 saata 2-3 min manat pulumu alıramsa, niyə gedib onu qazanmayım ki?...."