Əlaqə Arxiv
news Image
2019.12.12
16:18
| A A A
BBC Beren Saatı məsləhət görür - Video

Baş rollarında Beren Saat, Mehmet Günsür, Metin Akdülger və Melisa Şenolsunun oynadığı “Atiye” serialı tezliklə “Netflix”də yayımlanacaq.

Mövqe.az xəbər verir ki, dünyanın 50-dən çox ölkəsində serialları yayımlanan Beren Saat “Atiye” ilə dünyaca məşhur BBC nəşrinin də diqqətini çəkməyi bacarıb.

Belə ki, Amerikanın media nəhənglərindən olan qurum dekabrda mütləq izlənilməli olan serialların siyahısını tərtib edib. Bu siyahıda B.Saatın serialı “Atiye” də yer alıb. Bundan əlavə yazıda “A Christmas Carol”, “The Witcher” ve “Vikings” kimi məşhur ekran işləri də məsləhət görülüb.

Qeyd edək ki, “Atiye” bütün dünyada “The gift” adı ilə 27 dekabrda yayımlanacaq.

 

Sizin Reklam Yeriniz