news Image
2012.05.09
14:21
| A A A
Dünyanın diqqətini üzərinə çəkən rejissor vəfat etdi
O, doğum günündə motosiklet qəzası keçirdi və ...

Movqe.Az xəbər verir ki, Türkiyə kinomatoqrafiya sənətinin gənc istedadlarından olan rejissor və prodüser Seyfi Teoman müalicə aldığı xəstəxanada vəfat edib.

S.Teoman aprelin 16-da 35 yaşını qeyd etdiyi gün onun üçün gözlənilməz olub. Rejissor həmin gün motosiklet qəzasından sonra beyin qansızması diaqnozu ilə xəstəxanaya yerləşdirilib və reanimasiyada müalicə alıb. Bundan sonra S.Teoman həyat mübarizəsini dayandırıb.

Qeyd edək ki, "Boğaziçi Universiteti"nin ardınca Polşanın nüfuzlu "Lodz Film Akademiyası"nın rejissorluq fakültəsini oxuyan S.Teomanın "Bizim Böyük Çarəsizliyimiz" filmi keçən il Berlin Film Festivalında iştirak edib. Onun ilk tam metrajlı filmi "Tətil Kitabı" da dünya premyerasını Berlin Film Festivalında nümayiş olunub və İstanbul Film Festivalında ən yaxşı film nominasiyasına layiq görülüb.

Fuad Mədətov

Movqe.Az

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs