news Image
2012.05.10
11:34
| A A A
Gənc müğənni müqavilə imzalayıb – FOTO
O, əsasən canlı ifanın tərəfdarıdır

"Xalq ulduzu" müsabiqəsinin iştirakçısı, gənc müğənni Emil Məmmədov milli ifaçılıq sənətinin gözəlliklərini və milli mədəniyyətimizi layiqincə təbliği yönündə çalışır. Bu barədə Movqe.Az xəbər portalına "N.O Media Production"nun təsisçisi və rəhbəri Orxan Nəsirli məlumat verib. O.Nəsirli bildirib ki, o, rəhbəri olduğu şirkət adından E.Məmmədov ilə müqavilə bağlayıb və onun yaradıcılıq işlərinin sistematik idarə olunmasına çalışacaq: "Emil Məmmədovla əməkdaşlığımız son aylara təsadüf edir. Aydındır ki, "Xalq ulduzu" müsabiqəsi bitdikdən sonra müəyyən səbəblərdən Emil, belə desək, maliyyə baxımından telekanallara üz tuta bilməyib. Bundan sonra Emil bizə öz yaradıcılıq işləri ilə bağlı məlumat verib və biz onun hər bir işlərini səliqə-səhmana salıb və işə başlamaq zamanın yetişdiyini hesab etdik. O, bizimlə müqavilə bağlayıb və hal-hazırda mən və mənim ətrafımda çalışan komanda düşünür ki, Emil Azərbaycan incəsənətində özünə layiqli bir yer tutacaq. Emilin və bizim başlıca məqsədimiz ondan ibarətdir ki, telekanallarda əsasən canlı ifa sərgiləməklə milli ifaçılıq sənətinin gözəlliklərini və milli mədəniyyətimizi layiqincə təbliğ etməkdir", - O.Nəsirli dedi.

O.Nəsirli onu da qeyd etdi ki, hazırda müğənni E.Məmmədov yeni mahnılar üzərində çalışır və yaxın günlərdə həmin mahnını dinləyicilərin ixtiyarına verəcək: "Hal-hazırda Emil, üzərində çalışdığımız sözləri tanınmış şair və xeyriyyəçi Gülağa Tənhaya (Gülağa Məmi oglu Qəmbərov), musiqisi İlhamə Adil qızına aid olan "Sənin gülüşün bəstədir" adlı mahnını ifa edəcək. Bundan başqa, E.Məmmədov respublikanın tanınmış bəstəkarı Tahir Əkbərin bəstəsinin əsas məzmunu vətənpərvərlik mövzusunda olacağını düşünürük. Hələlik vətənpərvər ruhunda yazılan şeirlərə nəzər yetirməkdəyik", - prodsüer söylədi.

Qeyd edək ki, Emil Elman oğlu Məmmədov 1982-ci ildə Bakı şəhərində anadan olub. O, 2002-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin musiqili teatr aktyorluğu fakültəsinə daxil olub və təhsil aldığı müddətdə respublikanın əməkdar artisti Telman Əliyevdən vokal üzrə, müəlliməsi Tamella Əhmədovadan estrada janrından, o cümlədən, əməkdar artist Teymur Əmrah və muğam sənətinin sirrlərini dərindən yiyələnmək üçün Qəzənfər Abbasovdan da dərs alıb. E.Məmmədov bir çox müsabiqələrin laureatı olub. Belə ki, 1999-cu ildə Heydər Əliyev Sarayında keçirilən "Pöhrə 99" mahnı yarışmasının qalibi olub. 2007-ci ildə isə "Azad Azərbaycan" televiziyasında keçirilən "Xalq Ulduzu 1" müsabiqəsinin layiqli iştirakçılarından biri olub və münsiflər heyəti tərəfindən müsbət rəylə qarşılanıb. Elə həmin ilin son aylarında E.Məmmədov, müsabiqə bitdikdən sonra bir çox verilişlərin və telelayihələrin qonağı olub.

Fuad Mədətov

Movqe.Az




Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs