news Image
2012.05.10
13:13
| A A A
Faiq Ağayevin gizli arxivi məlum olub – FOTOSESSİYA
Dünən xalq artisti pərəstişkarları qarşısında keçmişindən danışıb


Movqe.Az xəbər portalının məlumatına görə, dünən "Park Bulvar" ticarət və əyləncə mərkəzində təşkil olunan "Azad Azərbaycan" televiziyasında yayımlanan Rüfət Ağayevin aparıcısı olduğu "Arxiv" verilişinin qonaqları F.Ağayev və jurnalist Tahirə Məmmədqızı olublar.

Veriliş başlamazdan əvvəl müğənninin pərəstişkarları ona yaxınlaşmaq, onunla şəkil çəkdirmək və ona ürək sözlərini demək üçün əsl izdiham yaradıblar. F.Ağayevi avtomobiliylə gəldiyini görən pərəstişkarlar, səbəbkarı səs-küylü alqışlarla qarşılayıblar. Həmçinin, pərəstişkarları qırmızı xalının üzərindən keçərək çəkiliş meydançasına təşrif buyurana qədər müğənnini müşayiət ediblər. Demək olar ki, pərəstişakarları F.Ağayevin hər anını diqqətlə izləyir, ona yaxın olmaq üçün hər məqamı dəyərləndirirdilər. Ümumiyyətlə, faiqsevərlərin çoxluq təşkil etməsi dünən özünü göstərdi. Çəkiliş meydançasında özlərinə yer tapa bilməyən şəxslər, ticarət və əyləncə mərkəzinin bütün mərtəbələrindən xalq artistini izləyirdilər.

F.Ağayev "Arxiv" verilişinə repertuarında yer alan Murad Arifin bəstəsi "Riyaziyyat" mahnısı ilə başladı. Daha sonra verilişin qaydalarına uyğun olaraq, aparıcı xalq artistinə müxtəlif səpkili suallar ünvanladı və F.Ağayevin bu günə qədər gördüyü işlərin arxiv materialları nümayiş olundu. Təbii ki, səmimi və mehriban F.Ağayev ona ünvanlanan sualları cavablandırdı və özü haqqında nümayiş olunan arxiv materialları şərh etdi.

Verilişin maraqlı məqamlarından biri də bu gün aparıcı Rüfətin doğum günü olması idi ki, F.Ağayev də bunu nəzərindən qaçırmayıb, doğum günü münasibətiylə aparıcını təbrik etdi və ona xüsusi hədiyyəsini təqdim etdi.

F.Ağayev veriliş zamanı son vaxtlar gündəmdə olan "Facebook" sosial şəbəkəsiylə bağlı danışdı. O, özünün gündəlik istifadə etdiyi "iPad" texniki informasiya ləvazimatını göstərdi və "Facebook" və "Twitter" sosial şəbəkəsində olan şəxsi səhifəsini və fanatlarının onun üçün açdıqları fan-səhifəni nümayiş etdirdi.

Xalq artisti verilişdə daha iki-"Gərək" və "Çıx get" xit mahnılarını ifa etdi.

Qeyd edək ki, "Arxiv" verilişi hər həftənin cümə günü saat 19.00-da, təkrarı isə növbəti həftənin çərşənbə günü gecə saat 00:00-da ATV telekanalında yayımlanır.

Fuad Mədətov

Movqe.Az