Əlaqə Arxiv
news Image
2020.01.14
14:33
| A A A
"Sənətim sənin yaşından çox-çox böyükdür" - Efirdə aparıcıya ƏSƏBLƏŞDİ - FOTO

Bəzi radiolar sizin mahnılarınızı niyə vermirlər? İllərinizi qoymusunuz bu sənətdə.

Mövqe.az xəbər verir ki, bu sualla "Hər şey daxil"də aparıcı Tarix Əliyev (Tolik) əməkdar artist Cavanşir Məmmədova müraciət edib.

Sənətçi sərt açıqlamaları ilə verilişə damğa vurub:

"Dövlət radiosu Firuzə xanımın, mənim səsyazmalarımızı verir, "FM 90" verir, "Xəzər" televiziyasının radiosu verir, "Space" radiosu verir, ancaq ATV-də... Buradan deyirəm, Kazım (106.3 FM), niyə vermirsən, qardaş? Mənim sənətim sənin yaşından çox-çox böyükdür - 46 ildir. Və mən əsərlər oxumuşam. Sən niyə vermirsən bunu? Bir dəfə də demişəm özünə, gülə-gülə demisən ki, "verərəm, verərəm". Vermə, amma izah et nəyə görə. Orada elə şeylər var ki, o elə Kazımlıqdır. Kanal rəhbərliyi ona etibar edir, o da ürəyi kimi istəyir verir. Mən, deməli, gəlib ayda min manat, min beş yüz manat pul verməliyəm? Sən verməlisən mənə, mən sənə yox! Başa düşdün, eşitdin? Mən haqqımı tələb edirəm, Firuzə xanım da, bizim kimi digərləri də. Biz dinmirik, hörmətimizi saxlayırıq, ədəb-ərkanımızı saxlayırıq, sənətimizə hörmətlə yanaşırıq. Amma soruşurlar, "Niyə vermirlər mahnılarınızı?" Birinci soruşan özü də ailə üzvlərin, qohum-əqraban, dostların olur. Axı əsərlər oxunubdur. Sən Tofiq Quliyevi verməyə bilərsən? Elə bəstəkarların musiqisini verməyə bilmərsən. Sən, deməli, Azərbaycan musiqisinin əleyhinə işləyirsən".

Sizin Reklam Yeriniz