Əlaqə Arxiv
news Image
2020.01.17
20:25
| A A A
Rasim Balayevə “Nəsimi” medalı verildi

Xalq artisti Rasim Balayev TÜRKSOY-un təsis etdiyi “Nəsimi” medalı ilə təltif edilib.

Axşam.az xəbər verir ki, Ankarada Nəsiminin anadan olmasının 650 illiyi və görkəmli kinorejissor və ssenarist Həsən Seyidbəylinin 100 illiyi münasibətilə təntənəli tədbir keçirilib.

Tədbir çərçivəsində TÜRKSOY-un Baş katibi Düsen Kaseinov Nəsimi obrazının yaradıcısı Rasim Balayevi TÜRKSOY-un təsis etdiyi “Nəsimi” medalı ilə təltif edib.

Tədbirə qatıla bilməyən bilməyən sənətçinin medalı Azərbaycan Dövlət Film Fondunun sədri Rasim Salmanova təqdim edilib.

Sizin Reklam Yeriniz