news Image
2020.01.18
21:23
| A A A
"Oğlumun bişirdiyi blinçik mənə 200 manata başa gəldi"

"Oğlumun bu səhər ilk dəfə bişirdiyi blinçiklər mənə 200 manata başa gəldi".

Bu sözləri Xalq artisti Həmidə Ömərova sosial şəbəkədə yazıb. Aktrisa oğlunun ona sürpriz etdiyini, amma mətbəxi dağıtdığını vurğulayıb:

"Sürpriz etmək üçün "Mətbəxə gəlmə!" əmrini verib, qapını açarla bağladi. Mikseri tapmayıb, yumurta, şəkər tozu və unu blenderdə qarışdırıb, onu xarab elədi.

Mətbəxi dağıdandan sonra birtəhər mikseri tapıb. Blinçiklərin mayasını çini qabda o qədər qarışdırdı ki, mikser də, qədimi çini qab da sındı. Amma blinçiklər dadlı alındı".