Əlaqə Arxiv
news Image
2020.01.27
19:25
| A A A
Xəstəliyi Madonnaya aman vermir

“Madame X” turnesi çərçivəsində Bostonda üç, Lissabonda isə bir konsertini ləğv edən dünya şöhrətli ifaçı Madonna bu dəfə Londondakı çıxışını təxirə salıb.

61 yaşlı sənətçi Londonda yerləşən “London Palladium”da verəcəyi 15 konsertdən ilkini ləğv edib və buna görə tamaşaçılardan üzr istəyib.

“Londondakı konsertimi təxirə saldığım üçün çox üzgünəm. Hamınızın bildiyi kimi turnenin əvvəlində narahatlıq keçirdim. Bədənimə istirahət, sağlamlığıma fikir verməliyəm” deyə, müğənni bildirib.

Qeyd edək ki, Madonna hansı xəstəlikdən əziyyət çəkdiyini açıqlamasa da, ağrılarının sərt olduğunu bildirib.

Sizin Reklam Yeriniz