Əlaqə Arxiv
news Image
2020.01.27
20:51
| A A A
Xatirə ilə Vasif arasında 50 minlik müqavilə

Əməkdar artist Vasif Məhərrəmli ilə müğənni Xatirə İslam "Şən bazar" verilişinin qonağı olub.

Mövqe.az Axşam.az-a istinadən xəbər verir ki, duet ortaqları aralarında müqavilə imzalandıqlarını söyləyib.

Vasif "Müqavilə var, kim pozsa, 50 min dollar ödəyəcək. Notariusda təsdiqlənib" sözlərini deyib.

Xatirə Vasiflə duetdən sonra çoxlu təkliflər aldığını bildirib:

"Oğlan dostlarımız var, gəlirlər ki, əla mahnıdır, ancaq səninlə duet oxuya bilərəm. Deyirəm ki, gərək məni başa düşəsiniz, olmaz. Kim mənimlə oxumaq istəyirsə, 50 min cəriməni ödəsin, sonra oxuyum".

Sizin Reklam Yeriniz