Əlaqə Arxiv
news Image
2020.01.28
19:24
| A A A
Günel Zaur barəsində: "Şəxsi məsələləri “şitlik” dərəcəsinə gətirib çıxarır”

Elə aparıcılar var ki, üç sözü birləşdirib cümlə qura bilmir.

Mövqe.az oxu.az-a istinadən xəbər verir ki, bu sözləri "Pişik" ləqəbi ilə şou-biznesdə tanınan müğənni Günel Ələkbərova "Space" TV-də yayımlanan "Onda başladıq" səhər şousunda deyib.

O, "Xəzər" TV-də yayımlanan "5-də-5" axşam şousunun aparıcısı Zaur Kamalı tənqid atəşinə tutub:

"Mən heç kimdən çəkinmirəm. Ad da açıqlaya bilərəm. Elə biri Zaur Kamal. Zaur müğənnini çağırır, canlı efirdə onu alçaldır. Sən aparıcısan. İnsan özünü, ilk növbədə, doğru, düzgün aparmalıdır. Sən veriliş aparırsan. Öncə gərək özünü düzgün aparasan, sonra da proqram aparasan. Çünki veriliş aparmaq bir məsuliyyətdir.

Görəndə ki, sənə qarşı hörmətsizlik edir, cavabını verirsən. İkinci dəfə bunu görəndə, artıq üçüncü dəfə bu verilişə getməli deyilsən. Bir çox müğənnilər efir xatirinə pul ödəyir, onun verilişinə gedir. Şəxsi məsələləri "şitlik" dərəcəsinə gətirib çıxarırlar.

Belə şeylər kənardan çox biədəb görünür. Camaatı yoxlayır ki, bədəninin hansı bölgəsində plastik əməliyyat keçirmisən. Heç dəxli var? Müğənnilərin çoxu "sökülüb sıfırdan yığılıb". Elə şeylər var ki, olmaz!

Mən bir tək burnumda və dodağımda əməliyyat keçirmişəm. Plastik əməliyyat keçirən müğənnilərdən söhbət düşəndə üçüncü mənim adım çəkilir. Başqa variant yoxdur".

Sizin Reklam Yeriniz