Əlaqə Arxiv
news Image
2012.05.10
17:46
| A A A
Bred Pit 90 yaşlı “Şanel”in ilk kişisi olacaq
Aktyor bunu 48 yaşında qəbul edib

Movqe.Az xəbər portalının məlumatına görə, ABŞ-ın məşhur aktyoru Bred Pit, Fransa moda evi "Chanel"in ("Şanel") istehsal etdiyi "No.5" adlı ilk ətirinin reklamında oynayacaq. B.Pit, bununlada bir ilkə imza atacaq. Aktyorun 48 yaşında olmasına baxmayaraq, 1921-ci ilin Yeni İl bayramında "yaxşı müştərilərə" hədiyyə edilən, 1922-ci ildə isə bazara daxil olan ətirin 90 illik tarixində təqdimatını edən ilk kişi olacaq.

Onu da bildirək ki, B.Pitin reklam üçün nə qədər məbləğ alacağı açıqlanmayıb.

Qeyd edək ki, daha əvvəl bu ətirin reklamlarında Merlin Monro, Katerina Deneuv və Nikol Kidman kimi dünyaşöhrətli ulduzlar rol alıblar.

Fuad Mədətov

Movqe.Az

Sizin Reklam Yeriniz