news Image
2020.02.14
22:20
| A A A
Konsertinə musiqisiz və işıqsız davam etdi - Video

Amerikalı müğənni Madonna "Madame X" turnesi çərçivəsində Londonda verdiyi konsertdə musiqi və işıq olmadan da tamaşaçıları coşdura biləcəyini sübut edib.

Saatlar 23:00 göstərərkən gözlənilmədən "Palladium" sarayının işıqları söndürülüb və pərdələr qapadılıb. Təşkilatçılar bununla ifaçıya konsertin başa çatdığını xatırlatmaq istəyiblər.

Lakin pərəstişkarlarının Madonna deyə çağırışı onu yenidən səhnəyə qaytarmağa vadar edib. Pərdəarxasından çıxan ifaçı musiqisiz və mikrafonsuz sevənlərini əyləndirməyə davam edib.