Şakira -CeyLo şousuna görə 867 trilyon dollar tələb edir - FOTO
Amerikanın tanınmış rahibi, keçmiş futbol məşqçisi Dave Daubenmire "Super Bowl"un təşkilatçılarını məhkəməyə verib.
Mövqe.az qafqazinfo-ya istinadən xəbər verir ki, o, Cennifer Lopezin striptiz şousunun, eləcə də Şakiranın oriyental rəqsinin TV qaydalarına uyğun olmadığını, dəyərlərə qarşı çıxıldığını bildirib:
"Bu şounu izləməyimiz barədə bizə öncədən xəbər verilmədi. Televizorda bütün cinsi bölgələr nümayiş etdirildi. Dini dəyərlərə zidd bir haldır".
Daubenmire təşkilatçılardan 867 trilyon dollar təzminat alacağını qeyd edib.