Əlaqə Arxiv
news Image
2020.02.14
22:57
| A A A
Rasim Balayev Türkiyədə əməliyyat olunub

"Çox ağır əməliyyat keçirdim”.

Mövqe.az xəbər verir ki, bunu "Qaynarinfo"ya açıqlamasında Xalq artisti Rasim Balayev deyib. Tanınmış aktyor bildirib ki, əməliyyatı Türkiyədə aparılıb:

"Boynumda böyük problem vardı. Ağrılar çox idi. Təcili Türkiyəyə getdim. Müayinə etdilər, dedilər, əməliyyata ehtiyac var. Əməliyyat olundum, artıq bir həftədir Bakıdayam. Bir az ağrılarım var. Gəzə bilmirəm. Ancaq ev şəraitində oluram”.

R. Balayev qeyd edib ki, həkimlər ona 4 aydan sonra müayinə olunmaq üçün Türkiyəyə qayıtmasını məsləhət görüb.

Sizin Reklam Yeriniz