Əlaqə Arxiv
news Image
2012.05.10
19:23
| A A A
Rihanna EMİNdən geri qalır - VİDEO
EMİN Avropa xit-paradlarında yüksəlməkdədir

Məşhur müğənni Emin Ağalarovun yeni "Baby get higher" mahnısı dünya şöhrətli ulduzlar Rihanna və Koldpleyin yeni xitlərini geridə qoyub. Movqe.Az müğəninin rəsmi saytına istinadən xəbər verir ki, Böyük Britaniya radiolarında xit-paradlarında yer alan mahnını bir həftə ərzində 18 milyon nəfər dinləyib. Xit-parada ilk dəfə 40 nömrə altında daxil olan "Baby get higher" mahnısını EMİN, 26 mayda Bakıda keçiriləcək "Eurovision 2012"nin müsabiqəsində çıxışı ərəfəsində eyni mövqedə yer alamayaraq, xit-paradda yüksəlməkdə davam edir.

Radionun ən məşhur müğənnilərindən olan və Böyük Britaniyanı "Only Love Will Set You Free" mahnısı ilə "Eurovision"da təmsil edəcək Enqlbert Xamperdink hal-hazırda radionun xit-paradında 49-cu yerdədir.

EMİNin prodüseri Breyn Revlinq, "biz çox şadıq ki, mahnı Böyük Britaniyada xit olur", - söyləyib.

Fuad Mədətov

Movqe.Az

Sizin Reklam Yeriniz