Əlaqə Arxiv
news Image
2020.02.18
22:19
| A A A
Ruhinin filminin aktyorları arasında gərginlik - Video

İş xanımı Ruhi Əliyevanın prodüserliyini etdiyi “Ağır romantik” filminin Türkiyədəki qalasında aktyorlar arasında gərginlik yaşanıb.

Mövqe.az Axşam.az-a istinadən xəbər verir ki, bu barədə “İkinci sayfa” məlumat yayıb.

Filmdə baş rolları Tuvana Türkay və Onur Tuna Canlandırıb. O.Tuna jurnalistlərə açıqlamasında “Filmi çəkərkən çox əylənmişik. Birlikdə gözəl səhnələrimiz oldu” deyə, söyləyib.

Daha sonra Tuvana açıqlama verərək “Mən “Biz çəkərkən çox əyləndik. Ümid edirəm ki, izləyənlər də bunu hiss edər” kimi şablon ifadələrə yer verməyəcəm. Heç kim filmini pisləməz” sözləri ilə aktyoru əsəbiləşdirib.

Onurun kameralara yansıyan üz ifadəsi gündəm olub. Sosial şəbəkə istifadəçiləri açıqlamasına görə aktrisanı qınayıb.

Qeyd edək ki, sənətçilər 7 martda filmin qalası üçün Bakıya gələcək.

Sizin Reklam Yeriniz