Əlaqə Arxiv
news Image
2020.02.19
14:36
| A A A
İbrahim Tatlısəs təcavüzdə günahlandırılır - FOTO

Cinsi istismarda ittiham olunan məşhur müğənni İbrahim Tatlısəs məhkəmədə qaldırdığı iddianı qazanıb.

Mövqe.az-ın SİA-ya istinadən verdiyi məlumata görə, keçmiş oriental rəqqasə Sibel Gökçə 2013-cü ildə qatıldığı bir efir proqramda cinsi təcavüzə məruz qaldığını söyləyib. İddiaya görə, 20 yaşlı rəqqasəyə İbrahim Tatlısəs tərəfindən cinsi təcavüz olunub.

Müğənni rəqqasənin söylədiyi sözlərin heç bir reallığı əks etdirmədiyini hesab edərək onu məhkəməyə verib və təzminat tələb edib.

Belə ki, məhkəmə bu iddianı əsassız sayaraq Sibel Gökçənin İbrahim Tatlısəsə 12 min TL təzminat ödəməsi haqqında qərar qəbul edib.

Qeyd edək ki, məhkəmə 2013-cü ildən başlayan iddia üçün ödəniləcək 12 min lirə təzminatı faiz dərəcəsi ilə ödəməyi qərara alıb.

Sizin Reklam Yeriniz