Əlaqə Arxiv
news Image
2013.07.01
14:33
| A A A
Ledi Qaqanın estetik əməliyyat olunduğu iddia edildi
ABŞ-da Qürur Həftəsi fəaliyyətləri daxilində səhnəyə çıxan Ladi Qaqanın estetik əməliyyat olunduğu iddia edildi

Mövqe.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, xeyli müddətdir səhnələrdən uzaq qalan Ladi Qaqa  Nyu Yorkda keçirilən Qürür Həftəsi fəaliyyətləri daxilində yenidən səhnəyə qayıdıb. Ladi Qaqa, fəaliyyət çərçivəsində qatıldığı gecədə ABŞ-ın himnini səsləndirib. Qaqa  performansından əvvəl  jurnalistlərlə söhbət də edib.


Xatırladaq ki, 27 yaşlı müğənni fevral ayında keçirdiyi qəza nəticəsində yeriyə bilmirdi və buna görə, əməliyyat olunmuşdu. " Daily Mirror" qəzeti  isə, Qaqanın burun estetik əməliyyatı etdirdiyini də iddia edib. Qəzet müğənninin Nyu Yorkdakı şousunun görüntülərindən belə bir qənaətə gəldiyini bildirib. İddiaya görə, gənc ifaçının burnu indi daha incə görünür. Ladi Qaqa isə daha öncə, estetik əməliyyat haqqında fikirlərini belə ifadə etmişdi: " Estetik əməliyyat olunmamışam. Mən bir sənətçiyəm və öz azad iradəmlə dünyanın məni necə görmək istədiyinə qərar verə bilərəm".  



Sizin Reklam Yeriniz