news Image
2013.07.01
18:00
| A A A
Selena Qomezin mahnılarını eşitmək istəmir

Castin Bieberin fotoşəkil çəkilişləri zamanı qoyduğu qaydalar ortaya çıxıb. Movqe.Az-ın məlumatına görə, ən diqqətləri çəkən qaydalar, çəkilişlərdə onunla danışılmaması və keçmiş sevgilisi Selena Qomezin mahnılarının eşidilməməsi olub. TMZ, bu ayın əvvəllərində Bieberin qatıldığı bir fotoşəkil çəkilişinə aid bir müqaviləni əldə edib. Konvensiyada iştirak edən digər qaydaların arasında setdə cib telefonu istifadə edilməməsi və imza istənməməsi də iştirak edir. Bunlar məşhurlar tərəfindən ümumiyyətlə tələb edilən qaydaları təşkil edir. Bieberin setdə tələb etdiyi yeməklər də maraqları çəkib. Belə ki müğənni, bitki mənşəli çaylar, şirniyyat məhsullarından ibarət olan bir qab, tərəvəzlərdən ibarət olan bir qab, böyük bir paket "Swedish Fish" (balıq şəklində bir şirniyyat), "Ritz Bits Peanut Butter Sandwiches" (yerfıstığı əzməli bir biskvit markası), "Ritz Bitz Cheese Sandwiches" (eyni markanın pendirli olan növü) və iki böyük paket kola qoxulu "Haribo" şəkərləri tələb edir. Bieberin digər tələbi isə bir neçə ağ mayka və corabdır. Bunlardan əlavə, onun istəkləri arasında "iPhone" batareyalı bir "Boombox" da iştirak edir.