Əlaqə Arxiv
news Image
2020.02.28
19:54
| A A A
"Sənə üzr istətdirəcəm” - Natavandan qalmaqallı sözlər

“Hər zaman haqsız yerə hansısa hücumlara, böhtanlara məruz qalıram. O zaman mən cavab verirəm. Mənə toxunanda başa salıram ki, olmaz. Cavabım da birmənalı qarşılanmır”.

Mövqe.az Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Müğənni Natavan "Show news" verilişinə açıqlamasında deyib.

İfaçı adını açıqlamadığı sənət yoldaşının onu toy bazarından uzaqlaşdırmağa çalışdığını və uğurlarını həzm etmədiyini söyləyib:

“Bizi milyonlarla insan izləyir, mənə təsir edir ki, onun mənim haqqımda formalaşdırdığı fikir başqa insanlar tərəfindən necə qəbul olunur? Biri inanar, digəri onun kimi davranar və ya başqasına deyər. Necə ki, bu olmuşdu. Haqsızlıqlar mənə təsir edir.

Deyirlər, Natavan hamıya sözünü deyir, dava edir. Natavan dəlidir? Dayandığım yerdə niyə kimləsə dalaşım? İşim, öz dünyam yoxdur? Sizi nə edirəm? Nə insan kimi nə də müğənni kimi mənə maraqlısınız. Öz həyatım, maraqlarım var.

Sən mənə toxunursansa, dava salacağam. Axıra kimi sözümü deyəcəyəm sənə və üzr istətdirəcəyəm. Sən fikrini dəyişdirəcəksən. Belə olmaz axı, anlayacaqsan ki, olmaz. Haqlı olduğun yerdə gəlib deyərəm ki “düz etməmişəm”.

“Mən sizə kömək edirəm, dəstək oluram, amma Natavanın uğuru boğazınızdan keçmir? Natavan sənin çörəyini əlindən alıb? Sənin kimi oxuyur? Özünü sənin kimi aparır? Axı sən heç Natavan da ola bilmərsən.

Natavan uğur qazanıbsa, “ruzisi ilə oynayım, cadu etdirim” deyə düşünürsüz. Utanın, ayıbdır, yekə adamlarsınız. Qorxmursuz ki, övladınız böyüyür, sabah onların başına bu şeylər gələcək?”

Sizin Reklam Yeriniz