news Image
2013.07.03
13:38
| A A A
Nazpəri Dostaliyevanın vəkili: “Kim deyir ki, biz 50 min manat ödəməliyik?!”-ÖZƏL

"Nazpəri xanımın İlhamə Quliyevaya 50 min manat uduzduğunu deyənlərin hamısı hüquqi savadsızlardır". Bu sözləri Movqe.az-a açıqlamasında Nazpəri Dostaliyevanın vəkili Yunis Vəliyevsöyləyib. Onun sözlərinə görə, hələ qətnamə 10 günə veriləcək: ""Qətnamə bizə təqdim olunduğu günü biz apelyasiya məhkəməsinə müraciət edəcəyik. Əgər o zaman da istədiyimizə nail olmasaq ali məhkəməyə müraciət edəcəyik. Bildirim ki, biz qətnamədən apellyasiya şikayəti vermək üçün sənədləri hazırlamışıq. Kim deyir ki, biz 50 min manat ödəməliyik?! Bu iş öncə apellyasiya məhkəməsinə, daha sonra ali məhkəməyə getməlidir. O zaman da nəticə dəyişməsə ən pis halda o pul ödənilməli olsa 1 il ərzində ödənilməlidir. Ən azı 1 il vaxt lazımdır".

Xatırladaq ki, dünən bu məsələ ilə bağlı Movqe.az-a açıqlama verən Nazpəri Dostəliyeva İlhamə Quliyevaya məhkəmədə uduzması xəbərinin yalan olduğunu söyləmişdi.