Əlaqə Arxiv
news Image
2013.07.04
11:35
| A A A
Əbülfəs Qarayevdən Ajda Pekana konsert vədi
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkəmizdə səfərdə olan türk müğənnisi Ajda Pekkanı qəbul edib. Bu barədə Lent. az-a Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Görüş zamanı Ə.Qarayev onu Bakıda görməkdən məmnun olduğunu bildirib. Daha sonra son dövrlər Azərbaycanda mədəniyyətin müxtəlif sahələrinin sürətli inkişafından söz açan nazir, ölkəmizdə mədəniyyətə olan yüksək dövlət qayğısından danışıb.
Doqquz il əvvəl Azərbaycanda olduğunu və Bakını çox bəyəndiyini deyən A.Pekkan bu dəfə ki gəlişində öncəkinə nisbətən Bakının tanınmaz dərəcədə çox inkişaf etdiyini qeyd edib. Ölkəmizdə teatr və konsert müəssisələrinə, sənət adamlarına göstərilən yüksək dövlət qayğısına heyran olduğunu deyən sənətçi, cari ilin oktyabr ayında Bakıda konsert vermək arzusunda olduğunu bildirib. Ə.Qarayev isə öz növbəsində Mədəniyyət və Turizm Nazirliyi tərəfindən konsertlə bağlı lazımi köməyin göstəriləcəyini qeyd edib.
Sizin Reklam Yeriniz