Əlaqə Arxiv
news Image
2013.07.04
16:58
| A A A
"Rolling Stones"ın solistine 4.500 dollarlıq lüks çadır

51-ci ilini qeyd edən əfsanə rok qrupu "Rolling Stones", İngiltərədəki "Glastonbury" festivalında 170 min adama konsert verib. Qrupun 70 yaşındakı solisti Mik Caqqerin performansı qədər festival sahəsində yerləşdiyi bu lüks çadırda diqqətləri çəkib. Movqe.Az-ın məlumatına görə, İngiltərədəki məşhur "Glastonbury" festivalında bu il məşhur rok qrupu "Rolling Stones" küləyi əsib. Festivalda keçən şənbə xüsusi bir səhnədə pərəstişkarlarıyla görüşən qrup geridə buraxdığı yarım əsri 170 min adamla qeyd edib. Beş gün davam edən "Rolling Stones"in əfsanə solisti Mik Cagger, performansıyla Somerset bölgəsindəki festival sahəsini əyləndirərkən maraqlı bir detal ortaya çıxıb. Festival zamanı sanki bir çadır şəhərə çevrilən bölgədə gələcək ay 70 yaşı olacaq Mik Cagger üçün də bir çadır qurulub. Ancaq çadırın içi saraydan fərqlənmir. Xüsusi olaraq hazırlanan və texnologiyayla təchiz edilən çadırın içinə 4.500 dollar xərcləndiyi ifadə edilib. Çadırda əfsanə solistə uyğun bir atmosfer yaradılarkən, xüsusi yatağı, antikvar aynası, çilçıraq və şamdanlar çadırı sanki kiçik bir saray görünüşünə çevirib. Mik Cagger, festival müddətində burada qalıb. Bundan əlavə, yeməkləri üçün də kiçik bir restoran qurulub.

Sizin Reklam Yeriniz