Əlaqə Arxiv
news Image
2013.07.04
17:57
| A A A
Məşhur aktyor yeni münasibətə addım atdı

"Twilight" filmi ilə şöhrət qazanan Robert Pattinsonun rok musiqisinin kralı Elvis Presleyin nəvəsiylə birlikdə olduğu bildirilib. "Twilight" filmindəki rol yoldaşı Kristen Steuartla yaşadığı eşq münasibəti ilə tez-tez gündəmə gələn Pattinson, may ayında sona çatan münasibətindən sonra Riley Keufla yeni bir eşqə addım atıb. Movqe.Az-ın məlumatına görə, məşhur aktyora yaxın bir qaynaq xəbəri, "Bir-birlərindən heç ayrılmırlar, Rileyin Elvis Presleyin nəvəsi olması Robertə təsir edir" sözləri bu xəbəri təsdiqləyib. Cütlüyün aktyorun keçmiş sevgilisi Kristen Steuart  vasitəsilə tanış olduqlarını ifadə edən yaxın qaynaqlar, "Dior" markasının reklam çəkilişləri sayəsində daha da yaxınlaşdıqlarını bildiriblər. 2010-cu ildə "The Runaways" filmində birlikdə rol alan Steuart və Keufun yaxın dost olduqları, Steuartın 4 ay əvvəl Pattinsonun da olduğu doğum gününə, Keufun da getdiyi bilinir. "Daily Mail"in xəbərinə görə, yeni eşq münasibətinin ortaya çıxmasından çox qəzəblənən Steuart, yoldaşlarına özünü xəyanətə uğramış kimi hiss etdiyini söyləyib. Xatırladaq ki, Steuart, Pattinsonu keçən yay rejissor Rupert Sandersla aldadıb.

Sizin Reklam Yeriniz