Əlaqə Arxiv
news Image
2020.03.18
17:40
| A A A
Məşhur cütlük koronavirusla mübarizəyə 1 milyon bağışladı

Məşhur amerikalı aktrisa Bleyk Layvli və kanadalı aktyor Rayan Reynolds nümunəvi addım atıb.

Tanınmış cütlük koronavirus (COVİD-19) epidemiyası səbəbi ilə qida və başqa ərzaq məhsullarına ehtiyacı olan şəxslərə yardım edib.

Uzun illərdir evli olan Layvli və Reynolds “Feeding America” və “Food Banks Canada” xeyriyyə fondlarına ümumilikdə 1 milyon dollar pul ayırıb.

Bu barədə instaqramda məlumat paylaşan iki məşhur sima xeyriyyə cəmiyyətlərinin bu cür yardımlara ehtiyaclarının olduğunu vurğulayıb.

Sizin Reklam Yeriniz