news Image
2020.03.18
17:28
| A A A
Azərbaycanlı aparıcı qəfil ölən ərinin FOTOsunu paylaşdı - Uşağı olmadı...

Aparıcı Lalə Mustafayeva sosial şəbəkədə təqibçilərini duyğulandıran paylaşımı ilə diqqət çəkib.

Mövqe.az Milli.Az-a istinadən xəbər verir ki, xanım aparıcı keçmiş həyat yoldaşının fotosunu paylaşıb.

Lalə 7 il əvvəl dünyasını dəyişən həyat yoldaşının doğum gününü belə təbrik edib:

"Əziz, doğum günün mübarək. Mən də sənin kimi təkəm, tənhayam, Əzizim. Sən göydə, mən də yerdə. İllər keçir, yara sağalmır. Xoşbəxtəm ki, həyat yoldaşım idin! Qismət olsa haq dünyada görüşərik, Əzizim ( 18.03.1979)  Kaş ölənlər ölməyəydi. 7 il sənsizəm sənsiz" fikirlərini yazıb".

Qeyd edək ki, Lalə açıqlamalarının birində həyat yoldaşı barədə danışarkən "Yoldaşım dünyasını dəyişsə də, elə bilirəm ki, hələ də sağdır. O, məndən iki yaş kiçik olub: mən 1977-ci ildənəm. Buna baxmayaraq, bütün xüsusiyyətləri - kişiliyi, mərdliyi, pul qazanmağı ondan gördüm. Gözəl insan və dost idi. Mənim üçün bunlar bir arada olmalıdır. Onun qədrini öləndən sonra bildim. Çox peşmanam. İşimə çox vaxt ayırırdım. Elə bilirdim biz gəncik, hər şey qarşıdadır. Hətta o, övlad istəyəndə deyirdim: "Əziz, hər şey qarşıdadır. Gəncik, hər şey gözəl olacaq". Mən belə olacağını bilmirdim. O insanın mənə o qədər böyük sevgisi, inamı olub ki, işimə qarışmırdı. Mən də onun başını heç vaxt aşağı etməmişəm. Onun kimi insan qarşıma çıxarsa, yenidən ailə quraram" demişdi.