news Image
2020.03.19
19:27
| A A A
“900 manatla trendə düşürlər” - Flora Kərimova

Xalq artisti Flora Kərimova trenddə olan müğənniləri tənqid edib.

Mövqe.az Axşam.az-a istinadən xəbər verir ki, "Show news"a müsahibə verən müğənni onları bayağı ifaçı adlandırıb:

“Bizim dövrümüzdə nə “Youtube”, nə sosial şəbəkələr, nə də bayağı mahnılar var idi. Biz bayağı mahnılarla, saxta baxışlarla tamaşaçıları aldatmırdıq. Trendə 800-900 manat pul verilir. Mənim o qədər pulum yoxdur. Hətta trendin nə olduğunu 2-3 gündür ki, başa düşürəm. Trend yəni dəbdir? Millətin qəbul etməyi ayrı, özün-özünü qəbul etdirməyə çalışmaq isə ayrı şeydir. Onsuz da tərəzi var”.