news Image
2020.03.19
21:55
| A A A
Ajda 10 illik məhkəməni uddu

Müğənni Ajda Pekkan məhkəmədə qələbə əldə edib.

Mövqe.az qafqazinfo-ya istinadən xəbər verir ki, sənətçi "Superstar Ajda" markasını, mahnılarını və şəkillərini icazəsiz istifadə edən "Plak Kaset Yapım" şirkətinin rəhbəri Aziz Çorluka qalib gəlib.

10 ildir davam edən məhkəmə prosesində hakim Ajdanın lehinə qərar çıxarıb. Belə ki, A. Çorluk 15 min maddi, 5 min TL mənəvi olaraq 20 min lirə təzminat verəcək. Bundan əlavə, təzminat miqdarına 10 illik faiz də əlavə olunacaq.