Əlaqə Arxiv
news Image
2013.07.05
15:37
| A A A
Şəhzadəyə qoruyucu göndərdilər

Movqe.Az xəbər verir ki, Finlandiya hökumətinin, ölkələrindəki ənənələrə uyğun olaraq İngiltərə Şahzadəsi Uilliam və həyat yoldaşı Kembric Düşesi Keytə göndərdikləri doğum hədiyyəsində olan qoruyucu qarışıqlıq yaradıb. Hədiyyənin müzakirə yaratması səbəbindən Finlandiyanın Londondakı səfirlik spikeri mövzuya aydınlıq gətirmə gərəyi duyub. Spiker, "Finlandiyada doğum edən hər anaya bir hədiyyə paketi verilir. Paketin içinə prezervativ də qoyulur. Bununla, doğum etmiş olsanız belə təkrar hamilə qala bilərsiniz mesajı verilmək istənir" deyib. Finlandiyadan göndərilən "Xoş gəldin körpə" paketində qoruyucyla yanaşı körpə geyimləri, ayaqqabı, əmzik və qızartılara qarşı krem də var. Şahzadə Uilliam və həyat yoldaşı Kembric Düşesi Keytin spikeri, hədiyyəni "Doğrusu çox düşüncəliymişlər" sözləriylə qiymətləndirib. Finlandiyada doğum paketləri 75 ildir paylanır. Lakin Fin qadınlarının üçdə ikisi paket əvəzinə onun maddi qarşılığı olan 140 euronun ödənməsini tələb edir.

Sizin Reklam Yeriniz