Əlaqə Arxiv
news Image
2013.07.05
16:57
| A A A
İlhamə Quliyeva:"Brilliant istəyir ağzına badımcan qoysun..."-VİDEO

Mövqe.az bildirir ki, mediada son zamanlar adı bir çox müğənnilərlə qalmaqallarda səslənən xalq artisti İlhamə Quliyeva Emin Musəvi ilə müsahibəsində diqqətli məqamlara toxunub. Belə ki, xalq artisti Brilliant Dadaşova və Aygün Kazımova qalmaqalından danışan zaman bildirib ki, B.Dadaşova sənətdə A. Kazımovadan daha üstündür. Bundan əlavə primadonna A.Kazımovanı da qınayıb: "Tutalım ki, Brilliant ağzına xiyar qoyub şəkil çəkdirib. Ay Aygün sənə nə var həmin şəkili paylaşırsan?! İstəyir badımcan qoysun ağzına ...Axı sənin də kifayət qədər göz önünə qoyulacaq qəşəng şəkillərin var. Çox ayıb olsun! O, şəkil çəkdirib sənin nə ixtiyarın var paylaşasan o şəkili?! Axı o yaşda da, sənətdə də səndən yüksəkdədir".


Sonda isə İ. Quliyeva onların barışmasını istədiyini bildirib: "Ana bala arasında da söz-söhbət olur. Qoy barışsınlar".


Müsahibəyə baxa bilərsiniz: 

 

Sizin Reklam Yeriniz