Əlaqə Arxiv
news Image
2013.07.08
16:10
| A A A
44 il sonra konsert verdi

Yaşayan rok əfsanələrindən ibarət "Rolling Stones" qrupu, keçən şənbə axşamı 1969-ci ildən bəri ilk dəfə İngiltərənin paytaxtı Londonda yerləşən "Hyde Park"da konsert verib. Movqe.Az-ın məlumatına görə, "Start Me Up" və "IT'S Only Rock and Roll"la 2 saatlıq konsertə başlayan qrupun solisti Mik Cagger "Aranızda 1969-cu ildə burada olan var?" deyə soruşub və "Sizi yenidən görmək gözəl, xoş gəlmisiniz" deyə kütləyə səslənib. Keçən il 50-ci illərini qeyd edən "Rolling Stones"i dinləməyə gələnlər arasında həm 20-li yaşlardakı pərəstişkarları, həm də 50 yaşlardakı pərəstişkarları olub. 13 iyulda, "Hyde Park"da daha bir konsert verəcək olan qrup, 65 min adama unuda bilməyəcəkləri bir axşam yaşadıblar.

Sizin Reklam Yeriniz