Əlaqə Arxiv
news Image
2013.07.08
17:20
| A A A
Britni yeni albomla geri qayıdır

Məşhur müğənni Britni Spirs, uzun bir aradan sonra yeni albomuyla musiqi bazarına dönüş etməyə hazırlaşır. Movqe.Az-ın məlumatına görə, ABŞ-lı müğənni Britni Spirs, Las Veqasda 8-ci studiya albomu üçün işlərə başlayıb. Spirs, yeni albomu üçün daha əvvəl Madonna ilə işləyən ingilis prodüser Uilliam Orbitlə əməkdaşlıq edir. "Huffington Post"un xəbərinə görə, müğənni yeni albomunda Will.I.Aml-ə birlikdə ortaq bir mahnıya da imza atacaq. 31 yaşındakı müğənni "Twitter" hesabından "Yeni mahnılarımı sizlərlə paylaşmaq üçün səbirsizlənirəm. Bu günə qədər etdiyim ən fərdi albomum olacaq "şərhini yazıb. Xatırladaq ki, 1999-cu ildə "Baby One More Time" albomuyla musiqi kariyerasına başlayan Britni Spirs, ən son olaraq 2011-ci ildə albom çıxarıb.

Sizin Reklam Yeriniz