Əlaqə Arxiv
news Image
2013.07.09
15:28
| A A A
Azərbaycanlı müğənni canlı yayımda rüsvay oldu!

Əməkdar artist Almaz Ələsgərli ANS telekanalında yayımlanan "Bazar səhəri Rövşanə Bektaşi ilə" verilişində çətin anlar yaşayıb. Mövqe.az xəbər verir ki, efirdə mövzu xalq rəssamı Toğrul Nərimanbəyovun niyə Azərbaycanda dəfn edilməməsi ilə bağlı olub. Verilişə gecikən sənətçi söhbətin hansı mövzudan getməsindən xəbərsiz müdaxilə etməyə başlayıb. Jurnalist Tahirə Məmmədqızına xitabən "Tahirə imkan ver, biz də danışaq" deyərək söhbətə qoşulan müğənninin açıqlaması hamını təəccübləndirib. Onun "Əsas odur ki, Toğrul Nərimanbəyov Azərbaycanda dəfn olundu" sözləri studiyakıların heyrətinə səbəb olub. Aparıcı Rövşanə Bektaşinin "Almaz xanım iş orasındadır ki, Toğrul Nərimanbəyov Azərbaycanda dəfn olunmayıb" cavabı müğənnini pərt vəziyyətinə salıb.

Sizin Reklam Yeriniz