Əlaqə Arxiv
news Image
2013.07.10
11:50
| A A A
"Flora,Faiq,Tolik"-qalmaqalına Natavan Həbibidən sərt reaksiya!

Son zamanlar qalmaqallarda adı hallanan Faiq Ağayeva həmkarı Natavan Həbibi tərəfindən dəstək gəlib. Mövqe.az-a bu barədə Nata özü açıqlama verib. Belə ki, müğənni  son zamanlar Faiq Ağayev haqqında səslənən fikirləri qara piar adlandırıb: " Faiq Ağayev böyük sənətkardır. Neçə illərdir sənətdə, səhnədə öz sözünü deyən bir insandır. Onun ətrafında olanlar isə qara piardır. Bu qara piarı edən insanlara demək istəyirəm ki, hər kəs öz işi ilə məşğul olsun. Heç kimin bağına daş atmaq lazım deyil. Əgər kiməsə artıq söz, artıq əməl lazımdırsa o şəxs aynada özünə baxsın. Və bu zaman əminəm ki, həmin kəslər özlərində nə qədər lazımdır ayıb və iyrəncliklər görə bilərlər. Artıq heç kimi maraqlandırmayan məlumatlar məncə gərəksizdir və heç kimə lazım deyil. Faiq Ağayev öz işində peşəkardır. Təki indiki gənclər ona baxıb, öyrənsin. Bu insan neçə illərdir səhnədədir, amma yenə də birinciliyini itirmir".


Məlumat üçün bildirək ki, mətbuatda son zamanlar Flora Kərimova Faiq Ağayevi gey adlandırmışdı. Prodüser Tolik isə Flora Kərimovanın sözlərini təsdiqləyərək, F. Ağayev haqqında bir çox xoşa gəlməz ifadələr işlətmişdi.

Sizin Reklam Yeriniz