Əlaqə Arxiv
news Image
2013.07.10
12:10
| A A A
Müğənnilərimiz nə üçün Türkiyədə məşhurlaşa bilmir?!-Açıqlama

Son zamanlar türkiyəli bəstəkarlardan mahnı almaq, türkiyəli rejissorlara klip çəkdirmək azərbaycanlı müğənnilər üçün dəb halını alıb. Ancaq bizim müğənnilər türk rejissor və bəstəkarlarla birgə iş birliyi etsələr də, istədikləri nəticəni ala bilmirlər. Bu mövzu barədə mövqe.az-a ekslüziv olaraq türk bəstəkar, müğənni Murat Onur fikirlərini açıqladı: " Bəli, məşhur azərbaycanl müğənnilərin Türkiyəyə axını davam edir. Ancaq çox vaxt müğənniləriniz bizim bəstəkarlara mahnı yazdırsalar da, istədikləri və gözlədikləri nəticəni ala bilmirlər. Buna Röya Ayxanın Söner Sarıkabadayıdan bəstə alaraq, albom çıxartsa da türkiyə tamaşaçısı tərəfindən istədiyi və gözlədiyi təpkini görməməsini misal kimi göstərə bilərik. Qeyd edim ki, zamanla sənətinə ən güvənilən insanlar da yorula və bu işdən çəkilə bilərlər. Bunun səbəbini belə izah edərdim ki, artıq bizim mahnılarda da eyniləşmə, təkrarlaşma başlayır. Plagiatlıq çoxalır. Ona görə bəstəkarlıq peşəsi davamlı əl dəyişdirən bir peşə olmalıdır ki, mahnılar üçün yeni duyğularla yeni yelkənlər açıla bilsin. Lakin sizin "Diamond Organization & Agency" Azərbaycandakı sənətçilərin Türkiyədəki yaxşı bəstəkarlardan bəstə ala bilmələri üçün lazımı təşkilatı məsələləri yerinə yetirir. Türk-azəri dostluğunun bərkiməsində əhəmiyyətli rol oynayır".

"Diamond Organization & Agency"nin direktoru Aqil Məmiyev də bəstəkar və ifaçı Onur Muratla işləməkdən böyük zövq aldığını mövqe.az-a söylədi: " Həqiqətən də peşəkarla işləmək həm asan, həm də ki, zövqvericidir. Qarşıda böyük layihələrimiz var. Bu layihələrdən biri də məşhur türkiyəli bəstəkar Onur Muratla birgə ölkəmizdə müğənnilər üçün yeni fürsətlər yaratmaqdır. Onu da deyim ki, bizimlə işləməyə daha çox gənc müğənniləri dəvət edəcəyik. Bizə müraciət edən müğənnilər eyni zamanda həm ölkəmizdə həm də ki, Türkiyədə musiqi yaradıcılıqlarını inkişaf etdirmiş olacaqlar".

Sizin Reklam Yeriniz