Əlaqə Arxiv
news Image
2013.07.10
14:55
| A A A
Ebru Gündəşi qəzəbləndirdilər

Movqe.Az xəbər verir ki, Ebru Gündəş və Azərbaycanlı həyat yoldaşı Rza Zərrab cütlüyü özləri haqqında "Evimi kazinoya çevirdilər" deyən Sarıyerdəki keçmiş ev sahibləri haqqında məhkəmə işi açıb. Ebru Gündəş və həyat yoldaşı "Sarıyer Uskumruköy Ecegümeci Çıkmazı" məntəqəsində bir müddət yaşamışdılar. Cütlük icarəçi olduqları evdən köçərkən, ev sahibləri ilə aralarında problem çıxıb. Ev sahibi, Gündəşin mühafizəçisinin olduğu bir mühitdə iddialara görə; "Evimi kazinoya çevirmişdilər" deyərək dərdlənib. Ev sahibinin bu sözlərini eşidən Zarrab cütlüyü, hadisəyə əsəbiləşib; prokurorluğa şikayət ərizəsi verərək ev sahibi tərəfindən təhqirə məruz qaldıqlarını iddia edərək məhkəmə  işi başladılmasını tələb edib. Prokurorluq, edilən istintaqdan sonra ev sahibi haqqında  2 ilə qədər həbs qərarı alıb.


Sizin Reklam Yeriniz