Əlaqə Arxiv
news Image
2013.07.11
13:10
| A A A
Elvin: "Mən tutuzdurmaq xətrinə "Maral" kimi bayağı mahnı ifa etmərəm"

Müğənni Elvin Abdullayev həmkarları haqqında qalmaqallı açıqlamalar verib. 

Mövqe.az-ın məlumatına görə, ifaçı "Onlar" verilişinə müsahibəsində sənətçilərin bayağı mahnılar oxuduğunu deyib. 

Ad çəkməyən Elvin bəzi müğənniləri zövqsüz adlandırıb:

"Gündə bir mahnı oxuyurlar, hamısı da bayağı. Ad çəkmək istəmirəm. Hər kəs sözün ünvanını yaxşı bilir. İnsanın gərək zövqü olsun. Baxırsan ki, bəzənib-düzənib gəzir, amma nə olsun içi boşdur. Bu cür ifaçının adı bizə ləkədir".

Son vaxtlar hitə çevrilən Nadir Qafarzadənin "Maral" mahnısı ilə bağlı verilən suala isə Elvin belə cavab verib:

"Bu mahnı çox sevilir, amma mənası yoxdur. Nadir Qafarzadə ilə dostuq, onu çox istəyirəm. Hərdən özü də təəccüblənir ki, "Maral" kimi mahnı gündəmi necə zəbt etdi. Çoxları bu mahnını toy məclislərində ifa edir. İndiyədək heç bir yerdə onu oxumamışam. Mən "tutuzdurmaq" xətrinə belə bayağı bəstə ifa etmərəm. Pula görə Azərbaycan musiqisini uçuruma aparmaq lazım deyil".

Sizin Reklam Yeriniz